Ayaqyoluna gedən pilot geri döndü - amma kabinəsinə girə bilmədi – VİDEO

Maraqlı 3 Fevral 2015 16:17 Oxunub 1872
Ayaqyoluna gedən pilot geri döndü - amma kabinəsinə girə bilmədi – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xoşbəxtlikdən köməkçi pilot sükana nəzarət edirmiş

Avtosfer.az atvxəbər.az-a istinadən xəbər verir ki, təyyarəçi pilot kabinəsinə daxil ola bilmədi, sərnişinlər qorxu dolu anlar yaşadı.  ABŞ-da Mineapolisdən Las Veqasa uçan təyyarədə baş verən qəribə olay uçuşun yarıda kəsilməsinə səbəb olub. Pilotun müvəqqəti sükanı tərk etməsindən sonra, geri dönə bilməməsi sərnişinləri təşvişə salıb. Təbii ehtiyacını qarşılamaq üçün kabinəni tərk edən pilot, qayıdanda qapı zədələndiyindən yeniədn kabinəyə girə bilməyib və o bu barədə sərnişinlərə məlumat verib. Sükanın başsız qaldığını düşünən sərnişinlər qəzaya uğrayacaqlarından qorxaraq hay-küy qoparıb. Xoşbəxtlikdən köməkçi pilot sükana nəzarət edirmiş, bununla belə, o  təyyarəni  yaxınlıqdakı hava limanına endirməyə qərar verib.

 

168 sərnişin daşıyan Delta hava yolları şirkətinə məxsus təyyarə hava  limanına endikdən sonra, qapıda yaranan texniki nasazlıq aradan qaldırılıb. Bundan sonra uçuşu yenidən bərpa etmək mümkün olub. Pilotun qeyri-adi vəziyyəti sərnişinlərə başa saldığı vaxt, içəridəkilərdən biri mobil telefonu ilə baş verənləri lentə alıb. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh