Qəbristanlıqda avtobusların təmiri üçün çala qazıldı - VİDEO

Maraqlı 4 Fevral 2015 11:36 Oxunub 1806
Qəbristanlıqda avtobusların təmiri üçün çala qazıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni Suraxanı qəsəbəsində yolların bərbad halda olması sakinləri özündən çıxarıb

Yeni Suraxanı qəsəbəsi, 14 İyun küçəsinə toplaşan sakinlər yolun bərbad vəziyyətdə olmasına etirazlarını bildirirlər. Qəsəbədə 3 mindən artıq insanın məskunlaşdığını deyən şikayətçilər, artıq vəziyyətin dözülməz həddə çatdığını bildirirlər. Yağışın yağması və kanalizasiya xətlərinin olmaması yolu bataqlığa çevirib. Onların sözlərinə görə, iş o yerə çatıb ki, bu istiqamətə hərəkət edən 104 saylı marşrut da, son dayanacağının yerini dəyişməli olub. İndi avtobusa minmək üçün sakinlər yarım saat palçıqlı yollarla getməli olurlar.

Avtosfer.az-ın anspress-ə istinadən məlumatına görə, sakinləri qəzəbləndirən digər bir məsələ isə marşrutun son dayanacağı olan qəbristanlıq ərazisinin natəmizliyidir. Deyirlər, qəbristanlıqla yolu ayıran daş hasarın alçaq olması ərazinin zibillənməsinə səbəb olur. Kimin əlinə nə keçir, gətirib atır bura. Qəbristanlıqda hətta avtobusların təmiri üçün açıq havada xəndək də qazılıb. Oraya nəzər saldıqda isə, xəndəyin artıq uzun müddət istifadə edildiyi şübhə doğurmurdu.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən bildirdilər ki, adıçəkilən ərazinin bir hissəsinə asfalt qatı çəkilib. Yerdə qalan hissəsi isə bu ilin planına əsasən, mərhələli şəkildə həyata keçiriləcək. O ki qaldı, xəndəyə, onun da doldurulması təmin olunacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh