Ölümü qorxudan adam - VİDEO

Maraqlı 4 Fevral 2015 16:14 Oxunub 2208
Ölümü qorxudan adam - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sosial medianı silkələdi

Türkiyənin Bursa şəhərində lentə alınan görüntülər izləyən hər kəsin təəccübləndirib. Bir gəncin əyləncə naminə özünü ölümə atması qorxu dolu anların yaşanmasına səbəb olub.

Avtosfer.az atvxəbər-ə istinadən xəbər verir ki, ayağında konki ilə hərəkətdə olan avtobusun arxa hissəsindən yapışan gənc belə vəziyyətdə kilometrlərcə yol qət edib. Bununla da ölümə meydan oxuduğunu ətrafda olan hər kəsə sübut etməyə çalışıb. Gəncin bu ağlasığmaz  davranışı yolda hərəkətdə olan avtomobillərdən birinin sərnişini tərəfindən lentə alınıb. Ölümlə burun-buruna gələn gəncin görüntüləri sosial  mediaya düşdükdən sonra Türkiyədə geniş müzakirələrə yol açıb. Videonun nə zaman çəkildiyi məlum olmasa da, insanlar onun bu davranışını cəsarət kimi yox, yersiz hərəkət kimi qiymətləndirirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh