Özlərini ağıllı sayanların törətdiyi qəzalar - VİDEO

Avtoreyd 7 Fevral 2015 02:14 Oxunub 4405
Özlərini ağıllı sayanların törətdiyi qəzalar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər iki qəzada sürücülər göz görə-görə qəzanın üstünə gedirlər

Avtosfer.az Bakıda baş vermiş iki yol qəzasının real videosunu təqdim edir. Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan qəza görüntülərindən məlum olur ki, hər iki halda sürücülər kiçik bir səhv ucbutandan qəzaya səbəb olurlar. Birinci qəzada görürük ki, sürücü nəqliyyat vasitəsinin yaxınlaşdığını görə-görə onun yoluna çıxır və toqquşma baş verir.

İkinci qəzada isə dönmə əməliyyatı zamanı özünü hamıdan ağıllı sayan sürücü ikinci zolaqda ola-ola solu gözləmədən qəflətən sola dönür. Əslində, həmin sürücü arxadan sol istiqamətlə hərəkət edirdi. Lakin səbri çatıb gözləmədi və qarşıdakı maşınları ötüb bir az irəli düşmək istəyərkən geri düşdü.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh