Avtobus sürücüsü bu vəziyyətdə nə etməlidir? – SUALIN DOĞRU CAVABI

Yarışma 9 Fevral 2015 15:00 Oxunub 2442
Avtobus sürücüsü bu vəziyyətdə nə etməlidir? – SUALIN DOĞRU CAVABI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualına verilən doğru cavabı və qalib gəlmiş oxucunun adını açıqlayır. Sual ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı idi. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan, «Repsol» avtomobil yağlarının sponsorluğu ilə təqdim olunan sual belədir:

Yolun hərəkət hissəsinin kənarında xüsusi yaradılmış “cib” tipli avtobus dayanacağından hərəkətə başlamaq istəyən marşrut avtobusunun sürücüsü bu vəziyyətdə nə etməlidir? 

A) Hərəkət üstünlüyünə malik olduğundan heç kimə yol vermədən hərəkətə başlayaraq əsas hərəkət  zolağına çıxmalı və hərəkətini davam etdirməlidir;

B) Minik avtomobilinin sürücüsünün ona yol verdiyinə əmin olduqdan sonra hərəkətə başlayaraq əsas hərəkət  zolağına çıxmalı və hərəkətini davam etdirməlidir;

C) Minik avtomobilinə yol verdikdən sonra hərəkətə başlayaraq əsas hərəkət  zolağına çıxmalı və hərəkətini davam etdirməlidir.

Suala ilk doğru cavbı Elnur Q-ov adlı oxucu verib: «B - Minik avtomobilinin sürücüsünün ona yol verdiyinə əmin olduqdan sonra hərəkətə başlayaraq əsas hərəkət zolağına çıxmalı və hərəkətini davam etdirməlidir». Oxucunu təbrik edirik. «Repsol»dan 20 manatlıq hədiyyəni əldə etmək üçün 055 335 ğ15 59-a zəng etmək xahiş olunur. 

Sualın daha geniş doğru cavabı isə belədir:  “Yol hərəkəti haqqında” Qanunun 48-ci maddəsinin 5-ci hissəsində deyilir ki, yaşayış məntəqələrində sürücülər işarələnmiş dayanacaqdan hərəkətə başlayan trolleybuslara və avtobuslara yol verməlidirlər. Trolleybus və avtobus sürücüləri yalnız onlara yol verildiyinə əmin olduqdan sonra hərəkətə başlaya bilərlər. Bu qayda avtobus dayanacağının konstruksiyasından asılı olmayaraq, o cümlədən “cib” tipli dayanacaqlar üçün də qüvvədədir. Deməli, sualın doğru cavabı “B” variantı olacaq:  Yolun hərəkət hissəsinin kənarında xüsusi yaradılmış “cib” tipli avtobus dayanacağından hərəkətə başlamaq istəyən marşrut avtobusunun sürücüsü bu vəziyyətdə minik avtomobilinin sürücüsünün ona yol verdiyinə əmin olduqdan sonra hərəkətə başlayaraq əsas hərəkət  zolağına çıxmalı və hərəkətini davam etdirməlidir.

QEYD: Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır.

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

SeNan 10 Noyabr 2014 22:55
Avtobus dayanmalidir. Minik maşın keçdikden sonra bir engel yoxdursa getmelidir.