Ağ rəngli Porsche kolleksiyası - VİDEO
Avtodünya 12 Noyabr 2018 11:52 282 dəfə oxunub
Ağ rəngli Porsche kolleksiyası - VİDEO
Unikal kolleksiya müxtəlif nəsildən olan 911 sportkarlarından ibarətdir

Porsche Club of America klubunun saytında qeyri-adi və gizli Porsche avtomobilləri kolleksiyası haqqında videoçarx dərc edilibdir. 65 ədədə yaxın ağ rəngli sportkar aö mebeli və döşəməsi olan ağ otaqda düzülmüşdür. Muzeyə daxil olarkən sizdən ayyaqabıları çıxarmaq və smartfonları təhvil vermək tələb olunur.

Unikal kolleksiya müxtəlif nəsildən olan 911 sportkarlarından ibarətdir. Avtomobillərin arasında havala ilə soyudulan mühərriklərin erasının sonunda buraxılmış 1973-cü ilin Carrera RS 2.7 Lightweight modeli, həmçinin müasir GT3 RS və GT2 RS superkarları da vardır. Nümayiş etdirilən eksponatların arasında 1962-ci ilini Diesel Junior 109 traktoru, 1958-ci ilin 356A Speedster 1600 Super və nadir 959 modelləri də vardır.

Yuxarı mərtəbədə isə Porsche haqqında kitab, ədəbiyyat və müxtəlif xatirə əşyaları ilə dolu olan rəflər və yeşiklər quraşdırılıbdır. Bu əşyalar arasında istismar üzrə təlimatlar, plakatlar, velosipedlər, şərab və baqaj üçün firma ləvazimatları vardır. Muzeyin kuratoru elə burdaca yaşayır. Onun sözlərinə görə, o artıq üç həftədir ki, avtomobil və digər eksponatlara nəzarət edir. (Autograph)

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh