Yol polisi Sumqayıtda reyd keçirib - VİDEO

Avtoreyd 13 Noyabr 2018 21:41 Oxunub 1921
Yol polisi Sumqayıtda reyd keçirib  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisi əməkdaşları Sumqayıtda reyd keçirib

Bakıdan-Sumqayıta və əksinə qanunsuz sərnişin daşıyan mikoravtobuslara qarşı təşkil edilən yoxlamalar zamanı xeyli qayda pozuntusu ortaya çıxıb. Reyd zamanı 15-ə yaxın nəqliyyat vasitəsi saxlanılıb. Bəzi sürücülərin sənədlərinin qaydasında olmadığı, bəzilərinin isə xətdən kənar sərnişin daşıdığı ortaya çıxıb.

Reyd zamanı sürücülər müxtəlif vasitələrlə özlərinə haqq qazandırmağa çalışıblar.

Bu cür reydlər mütəmadi olaraq davam etdiriləcək.

Astarada da qayda pozan sürücülərə qarşı reyd keçirilib. Məqsəd həm qanunsuz sərnişindaşıma fəaliyyəti göstərən avtobusları, eləcə də qaydalara riayət etməyən digər nəqliyyat vasitələrinin sürücülərini aşkarlamaq olub. Reydlər zamanı 15 sürücü barəsində inzibati protokol tərtib edilib. Bir neçə avtomobil isə müvəqqəti duracağa yerləşdirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh