Bakıda Qarabağ əlili görün necə qəza törətdi - VİDEO

Avtoreyd 13 Fevral 2015 01:13 Oxunub 4300
Bakıda Qarabağ əlili görün necə qəza törətdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Göz görür, ayaq qazda, sükan əldə, amma fikir başqa yerdədir

Avtosfer.az Bakıda baş vermiş iki yol qəzasının videosunu təqdim edir. Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan hər iki qəzaya sadəcə, diqqətsizlik səbəb olur. Gözləri yolda, sükan əldə olsa da, deyəsən, fikirləri başqa yerdədir.

Göründüyü kimi, birinci qəzada arxadan gələn avtomobil yerdəyişmə edir. Amma bu yolda yerdəyişmə artıq qarşı yola çıxmaqla edilə bilərdi ki, bu da qayda pozuntusudur. Lakin həmin sürücü bunu edir və maraqlıdır ki, bu anda qarşıdakı nəqliyyat vasitəsi də sükanı həmin istiqamətə döndədir. İlk baxışdan belə görünür ki, qarşıdakı nəqliyyat vasitəsi arxadakına yol vermək istəməyib, arxadakı maşın da ona soldan ötmək istəyərkən sürücü qəsdən onun yoluna çıxıb. Bütün hallarda, hər iki sürücü diqqətsizlik edir. Ən əsası da, qarşıdakı nəqliyyat vasitəsinin sürücüsü yan güzgülərə baxmadan manevr etməyə çalışırdı.

Digər yol qəzasında isə açıq-aydın görünür ki, Qarabağ əlilinin idarə etdiyi «Oka» markalı avtomobil başqasının yoluna çıxır və toqquşma baş verir. «Oka»nın sürücüsü kobud qayda pozur, başqa nəqliyyat vasitələrinin yoluna çıxır və qəza şəraiti yaradır. Sağdan gələn nəqliyyat vasitəsini gözləmədiyi üçün elə həmin avtomobillə də toqquşur.

Ümumiyyətlə, istər Qarabağ əlili olsun, istər milyonçu, məmur balası olsun, istər sadə vətandaş, fərq etməz, qəza hər kəsin başına gələ bilər. Bundan qorunmaq üçün sadəcə olaraq, yol hərəkəti qaydalarına əməl etmək lazımdır. Kimliyindən asılı olmayaraq, avtomobili qaydalara əməl etməklə sürən şəxslərə mədəni insan kimi baxırlar. Qaydalara əməl edən, nizam-intizamla hərəkət edənlər hörmət qazanırlar. Başqaları isə özlərini gözdən salır və ətrafdakıların ikrah dolu baxışları onlara hər şeyi deyir. Bunu hər kəs yaxşı bilir. Amma nədənsə özlərini bilməməzliyə vuranlar var.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh