Zibil maşını mərkəzi prospektdə 100-lə getdi – VİDEO

Xəbərlər 16 May 2014 00:32 Oxunub 4215
Zibil maşını mərkəzi prospektdə 100-lə getdi – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yolun sol zolağı ilə hərəkət edən avtomobil heç kim yol vermədən sürətlə şütüyür

Avtosfer.az saytının daimi oxucularından biri redaksiyamıza maraqlı videomaterial göndərib. Mayın 14-də gecə saat 23:17 radələrində çəkilən bu videomaterialda zibil daşıyan maşının yüksək sürətlə hərəkət etdiyi, hətta qəza şəraiti yaratdığı görünür. Heydər Əliyev prospekti ilə üzü şəhər istiqamətində hərəkət edən bu nəqliyyat vasitəsi qəza işıqlarını yandırsa da, sürət həddini də aşır. Yolun sol hərəkət zolağı ilə hərəkət edərək arxadan gələn nəqliyyat vasitələrinə yol verməyən zibil maşını bütün prospekt boyu sağ zolağa keçmədən hərəkəti davam etdirib. Həvəskar oxucumuz idarə etdiyi nəqliyyat vasitəsinin sürət göstəricisini də çəkərək zibil daşıyan maşının sürətinin saat 100 km-ə yaxın olduğunu isbat edir.

Əslində, Heydər Əliyev prospektində ikinci dərəcəli zolaqda hərəkət sürəti 60 km. saatdır. Zibil daşıyan avtomobillərin isə şəhər daxilində bu sürətlə hərəkətinə icazə verilmir. Həm sürət rejimi 60-dan yuxarı olmamalı, həm də həmin yolda elə 60-dan yuxarı sürməyə icazə verilmir. Amma görünür, yol polisinin bu tipli maşınlara əhəmiyyət vermədiyini görən sürücü özünü ralli yarışının iştirakçısı sayaraq minik maşınları ilə yarışa çıxıb.

Ümumiyyətlə, bu tipli maşınların paytaxt küçələrində necə gəldi hərəkət etməsi insanları narahat edir. Yeri gəldi-gəlmədi əks zolağa çıxan, hərəkətin əksinə gedən, darısqal yollarda dayanıb tıxac yaradan zibil maşınlarına qarşı tədbir görməyin vaxtı çatıb. Ən azından, oturub bu videoda gördüyümüz zibil maşını kimi sürət həddini aşaraq qəza törədilməsini gözləmək lazım deyil.

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh