Qəza törədənlər belə sürücülərdir - VİDEO

Avtoreyd 13 Fevral 2015 01:43 Oxunub 2859
Qəza törədənlər belə sürücülərdir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kefi istədiyi yerdən, istədiyi qaydada dönür

Oxuculardan biri Avtosfer.az-a yol hərəkəti qaydalarını kobud şəkildə pozan, qəza şəraiti yaradan sürücünün əməllərini əks etdirən video göndərib. Həmin videonu biz də oxucularla bölüşmək qərarına gəldik.

«Mersedes» markalı, 90 ED 394 dövlət nömrə nişanlı avtomobilin sürücüsü elə bilir ki, «marqat» elədisə, hamı ona yol verməlidir. Sanki, hamı ona borcludur.

Birincisi, həmin yolda qoşa xətt var və yerdəki qırıq-qırıq xəttin solmuş rəngdən əmələ gəlib-gəlmədiyi, şəqiqətən də qırıq-qırıq xətt olub-olmadığı hələ dəqiq məlum deyil. Çünki yaxınlıqda piyada keçidi var və bu şəraitdə avtomobillərin dönməsinə icazə verilməsi olduqca təhlükəlidir.

Bütün hallarda, sürücünün bu şəkildə dönmə əməliyyatı aparması normad hal deyil. «Marqat» edib dərhal da özünü yola atmaq sürücünün qeyri-peşəkarlığından xəbər verir və onun sürücü mədəniyyəti ilə bağlı dərslərə ehtiyacı olduğunu göstərir.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh