Sərxoş halda yol polisləri ilə əlbəyaxa olan qadın sürücünün VİDEOsu yayıldı

Avtoreyd 15 Fevral 2015 00:18 Oxunub 5439
Sərxoş halda yol polisləri ilə əlbəyaxa olan qadın sürücünün VİDEOsu yayıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücünün etdiyi hərəkətlərə hüquqi qiymət veriləcək

Bakıda sərxoş vəziyyətdə yol polislərinə tabe olmayan qadın sürücü ilə yol polisləri arasında baş verən insidentin video-görüntüləri yayılıb. Avtosfer.az "report"a istinadən həmin görüntüləri təqdim edir.

Qeyd edək ki, hadisə Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində qeydə alınıb. Belə ki, yol polisləri tərəfindən qayda pozduğü üçün saxlanılan KIA markalı avtomobilin sürücüsü M.K. yoxlanılan zaman onun maşını sərxoş vəziyyətdə idarə etdiyi məlum olub. Xanım sürücüyə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları qanunla protokol tərtib etmək istəyən zaman isə o, hüquq-mühafizə orqanlarının işçilərinə tabesizlik göstərib. Sürücü, həm də onları söyüş söyməklə təhqir edib. M.K. hadisə yerinə çağrılan Post Patrul Xidmətinin əməkdaşları tərəfindən Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə aparılıb.

Sürücünün qayda pozuntuları barədə protokol tərtib olunandan sonra etdiyi hərəkətlərə də hüquqi qiymət veriləcək.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

sefter 10 Noyabr 2014 22:55
bele qadinlarin yeri cehenemlikdi bir hele serxos olub polislerime el ayaq atir bele qizlarin axiri yoxdu men ozum dindaram baxdim nifret eledim o qiza