O özünü «bomba» sürücü hesab edir - VİDEO

Avtoreyd 15 Fevral 2015 10:40 Oxunub 6276
O özünü «bomba» sürücü hesab edir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sağdan ötür və qarşıda tormoz verib təhlükə yaradır

Oxucuların Avtosfer.az-a göndərdiyi daha bir videonu təqdim edirik. Videoda kobud yol hərəkəti qaydası pozuntusuna yol verən «Mersedes» markalı, 99 DD 229 dövlət nömrə nişanlı avtomobilin sürücüsünə diqqət edin. O, özünü «bomba» sürücü hesab edir. Sağdan ötməyə çalışır, lakin istəyinə nail ola bilmədiyi üçün əsəbləşib ötmə əməliyyatı üçün ona yol verməyən sürücünün qarşısına çıxır. Sonra da tormoz verib guya qisas alır. Bu, köhnə variantdır…

«Yol hərəkəti haqqında» qanun isə sağdan ötməni qadağan edir. Sağdan ötməyə yalnız bir halda yol verilir ki, qarşıdakı nəqliyyat vasitəsi sola dönmək üçün dönmə işığını yandırmış olsun. Bundan əlavə, qarşıda heç bir maneə olmaya-olmaya tormoz vermək də qayda pozuntusudur. Belə şəraitdə arxadan gələn avtomobil onu vursa, günah elə onun özündədir.

Beləliklə də, özünü «bomba» sürücü hesab edən kəs 5-10 saniyə ərzində iki kobud qayda pozuntusu törətməz. Səbrli olmaq lazımdır, cənab «bomba» sürücü! Qaydaları bilmək və əməl etmək isə sizin borcunuzdur. 

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh