Yol polisi texniki baxışdan keçən avtomobili radara saldı - VİDEO

Xəbərlər 6 Dekabr 2018 21:01 Oxunub 1296
Yol polisi texniki baxışdan keçən avtomobili radara saldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülər bu kimi problemlə qarşılaşanda DYP İdarəsinə müraciət etsinlər

Texniki baxışdan keçən avtomobilə radara düşüb. Avtomobil sahibi Tərlan Əhmədov deyir ki, dövlət qeydiyyat nişanı ''99-ES-562'' olan avtomobili ilə sentyabrın 17-də Gəncə istiqamətində gedərkən radara düşüb. Avtomobil texniki baxışdan keçirilmədiyi üçün sürücüyə 50 manat cərimə yazılıb. Tərlan Əhmədov deyir ki, halbuki o avtomobilini bu ilin iyul ayının 31-də texniki baxışdan keçirib. O bunu təsdiq edən sənədləri də bizə təqdim edib. Sürücü bununla bağlı aidiyyatı qurumlara müraciət etdiyini, ancaq hələ ki, heç bir nəticəsinin olmadığını deyir. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi idarəsinin şöbə rəisi Kamran Əliyev bildirdi ki, ümumiyyətlə sürücülər bu kimi problemlə qarşılaşanda öncə yazılı şəkildə idarəyə müraciət etsinlər. Həmin sürücününmüraciəti araşdırılacaq və nəticəsinə uyğun olaraq lazımı tədbir görüləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh