Bakıda AA seriyalı bu avtomobil ikinci dəfə kameraya düşdü - VİDEO

Avtoreyd 7 Dekabr 2018 19:11 Oxunub 2616
Bakıda AA seriyalı bu avtomobil ikinci dəfə kameraya düşdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü bu dəfə ikiqat qayda pozuntusuna yol verdi

Sosial şəbəkələrdə 10 AA 250 dövlət qeydiyyat nişanlı “Wolksvagen” markalı avtomobilin sürücüsünün əvvəlcə Parlament prospektində 1.3 nişanlanma xəttinin tələbini pozaraq əks yola çıxıb daha sonra təhlükəsizlik adasının üzərinə çıxaraq yol hərəkəti qaydalarınını pozduğunun videogörüntüsü yayılıb. Maraqlısı budur ki, elə bu sürücünün 29.03.2018 tarixində Azadlıq prospektində əks yola çıxdığına görə başqa bir vətəndaş şikayət etmişdi və DYP səlahiyyətliləri tərəfindən ona İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən 100 manat, 4 bal cərimə protokolu yazılmışdı. Bu barədə Avtosfer.az saytında məqalə də dərc olunub (http://avtosfer.az/news/51458).

Avtosfer.az hər iki görüntünü təqdim edir.

Kənan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh