Avtosfer.az | Reklam
Ardıcıl olaraq qaydaları kobud şəkildə pozan avtobus sürücüsü - VİDEO
Avtoreyd 8 Dekabr 2018 08:05 506 dəfə oxunub
Ardıcıl olaraq qaydaları kobud şəkildə pozan avtobus sürücüsü - VİDEO
Yolun ortasında sərnişin mindirir, sonra isə qəza şəraiti yaradır

Sosial şəbəkələrdə paylaşılan növbəti videonun "qəhrəmanı" olan avtobus sürücüsünün öz ətrafına, digər insanların həyatına biganəliyi adamı təəccübləndirir. Dekabrın 7-də, saat 13:05 radələrində Hüseyn Cavid prospektində 39 nömrəli marşrut xətti üzrə hərəkət edən 99 XV 275 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü əvvəlcə düz yolun ortasında avtobusun qapılarını açır və sərnişin mindirir. Daha sonra sola dönərkən təhlükəsizlik adasının üzərinə çıxır və az qala sağ tərəfdən gələn "Porsche" markalı avtomobili vursun.
Ümid edirik ki, BNA rəsmiləri həmin marşrutun sürücüsünə və xəttin sahibinə qarşı tədbir görəcək, DYP rəsmiləri də sürücüyə protokol yazılmamasını təmin edəcəklər. 
Avtosfer.az görüntüləri təqdim edir.
 

Kənan

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh