Sumqayıtda şok hadisə - Sürücülər eyni vaxtda 4 qəza törədib əyləndilər - VİDEO

Xəbərlər 10 Dekabr 2018 01:40 Oxunub 2026
Sumqayıtda şok hadisə - Sürücülər eyni vaxtda 4 qəza törədib əyləndilər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisənin toydan çıxan bir qrup gənc tərəfindən qəsdən törədildiyi bildirilir

“Bu gün axşam saat 8-dən sonra Sumqayıta gələndə maraqlı hadisə ilə rastlaşdım. Şəhərin giriş qapısında 3 əzilmiş maşın dayanmışdı. Bir az sonra "Komsomolski" deyilən yerdə - FHN-in qarşısında böyük sürətlə gələn maşın işıqforda dayanan maşına çırpıldı. Əslində çırpılmadı, hiss olunurdu ki, özünü qəsdən çırpdı. Vurulan maşından düşənlər şokda idilər, xüsusən də bir cavan qız yerində tullanıb-düşürdü.
Arxadan vuran maşın isə əvvəlcə dayandı, sonra isə yoluna davam elədi. Növbəti işıqfordan sonra “Trikotaj” fabrikinin qarşısında əzilmiş daha iki maşın dayanmışdı”. Avtosfer.az xəbər verir ki, bu barədə tanınmış Formula 1 şərhçisi Rahim Alıyev məlumat verib. Onun sözlərində görə, nəhayət, şəhərin girişindəki yolayrıcında yol polisi bir əzilmiş maşını saxlayıb: “Amma bilmədim ki, həmin qoçuluq edən maşındır, ya onunla bir kampaniyada olan maşınlardandır. Çünki onlar tək deyildilər.
İstənilən halda, yol polisinin xəbərlərini izləməli olacam ki, görüm bu nə hadisə idi. 10-15 dəqiqədən sonra hadisə yerləri təmiz idi...”.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh