Bakıda avtobus sürücüsündən utancverici hərəkət - VİDEO
Avtoreyd 12 Dekabr 2018 00:05 1657 dəfə oxunub
Bakıda avtobus sürücüsündən utancverici hərəkət - VİDEO
Avtobus sürücüsü svetoforda yola zibil atıb

Dekabrın 11-də, saat 20:04 radələrində Fəhlə prospekti ilə Ramiz Quliyev küçəsinin kəsişməsindəki svetoforda 5 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərən BakuBus avtobusunun sürücüsü kobud qayda pozuntusuna yol verib. Avtosfer.az-a göndərilən videodan məlum olur ki, avtobus svetoforun qırmızı işığında dayanarkən sürücü əlindəki zibili elə düz yolun ortasına atır. Bu hal yol hərəkəti qaydalarının pozulması və inzibati xəta olmaqdan əlavə vətəndaşa, sürücüyə, insana yaraşmayan haldır.
Ümid edirik ki, Bakı Nəqliyyat Agentliyi sürücünün tapılıb haqqında tədbir görülməsi, DYP isə inzibati protokol yazmaq üçün tədbir görüb bu barədə açıqlama verər.
Avtosfer.az görüntüləri təqdim edir.

 

Kənan

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh