Bakıda daha bir "KEFLİ" sürücü: Avtomobili "atıb" getdi - FOTOLAR

Xəbərlər 12 Dekabr 2018 19:29 Oxunub 2154
Bakıda daha bir "KEFLİ" sürücü: Avtomobili "atıb" getdi - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bilmirsən avtomobili saxlayıb, yoxsa tullayıb gedib

Binəqədi rayonu 6-cı mikrorayon,İsmayıl Dağıstanlı EV 57 sakinləri Avtosfer.Az saytına fotolar göndərib.

 

Bildirirlər ki, onsuz da sakinlər üçün həyətdə avtomobil saxlamağa kifayət qədər yer olmadığı binada 90 UR 339 dövlət qeydiyyat nişanlı "Nissan X-Trail" markalı avtomobilin sürücüsü hər gün axşam 23:00 radələrində avtomobili demək olar ki, həyətin ortasına tullayıb (buna saxlamaq demək olmaz) gedir.

 

Bir də səhəri gün 15:00 radələrində götürür. Hər gün səhər işə gedən sakinlər həmin avtomobilə görə əməlli başlı əziyyət çəkir.

 

Hətta sakinlərdən biri daha əvvəl bu barədə sosial şəbəkədə paylaşım etsə də görünür avtomobilin sahibinə təsir edə bilməyib. Ümid edirik ki, avtomobil sahibi bu məqaləni oxuyar və bu hal daha təkrarlanmaz. Axı digər insanlara, xüsusən bəzən qohumdan daha yaxın ola biləcək qonşulara narahatçılıq yaratmaq ən azından xoşagələn deyil.

 

Aftosfer.az fotoları təqdim edir.

 

Kənan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh