Alman polisi dizellə işləyən “Mercedes Vito”da xidmət aparacaq - FOTO

Avtodünya 14 Dekabr 2018 01:23 Oxunub 4366
Alman polisi dizellə işləyən “Mercedes Vito”da xidmət aparacaq - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Amma gələcəkdə elektron “Mercedes Vito”lara keçmək istəyirlər

Almaniyanın Şimali Reyn Vestfalı (NRW) əyalətinin polis işçilərinin xidməti minivan avtomobilləri yeni “Mercedes Vito”larla əvəzlənib. Bu barədə Avtosfer.az-a avtomobil bazarı üzrə ekspert Rəşad Quliyev məlumat verib. O bildirib ki, Almaniya Daxili İşlər Nazirliyi 2017-ci ilin axırlarından “Mercedes”in Ştuttgard dilleri ilə 3 illik müqavilə bağlayıb. Həmin dövrdə sözügedən avtomobillərdən test üçün 63 ədəd alınıb. Həmin maşınlar bir sıra şəhərlərə paylanılıb. Düsseldorf, Dortmund, Mönchengladbach, Viersen, Wesel Münster, Köln və başqa şəhərlərdə özünü döğruldan “Vito”lardan daha 100 ədədi yenicə alınıb. Həmin avtomobillər xüsusi sifarişlə yığılıb və 163 at gücünə malikdir. 


Əsas məqsəd həmin şəhərlərdə olan köhnə "Volkswagenlər”I yığışdırmaqdır.
“Stopp polizei” (Dayan polis”) yazısından əlavə avtomobilin üzərinə xüsusi işıqlar da quraşdırılıb k, bu da tıxac, qəza və digər hadisələr zamanı işıqlı yazılarla digər sürücüləri məlumatlandırmağa xidmət edir. Avtomobillər Avro 6 dizeldir. 
Maraqlısı budur ki, alman polisi gələcəkdə elektron “Mercedes Vito”lara keçmək istəyir. Artıq eyni görünüşdə “Vito” elektromobilləri istehsal olunur.
Avtomobillərin üzərində yaşıl və göy rənglər əyalətıər üzrə fərqlənmək üçündür. İndi isə yaşıl-göy qarışıqdır.


Elektron mikroavtobuslardan söz düşmüşkən, Rəşad Quliyev deyir ki, Almaniyada elektriklə işləyən avtobuslar da var. "Almaniyada Flixbus uzun yol avtobusları var. Əksəriyyəti ikimərtəbəlidir. Məsələn, Düsseldorfdan Berlinə təxminən 750 km yoldur. Maşınla getdikdə yanacaq çox baha olduğu üçün sərf eləmir. Qatarla isə həmin yolu 100 avroya getmək olur. Amma elektron avtobuslar 10-30 avro arası ödənişlə həmin yolu gedir. Qiymətlər saatdan və tarixdən asılı olaraq dəyişir. Bu avtobuslarla nəinki Almaniyada hərəkət etmək olur, eyni zamanda Almaniyadan İtaliyaya, İsveçrəyə, Fransaya, Avstriyaya və digər yaxın qonşu ölkələrə getmək mümkündür.


Avtobuslarda hər oturacağın altında 220 voltluq elektrik qoşqusu var, telefon sarjı üçün nəzərdə tutulub. WiFi-la internet pulsuzdur. Üstəlik, çay-kofe verilir. Bu avtobuslarən ilk partiyası bir neçə gün əvvəl istifadəyə verildi və Münhendən yola düşdü”. 
 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh