Yol polisinin yanında qayda pozdu; "Ayıb olsun, sən öl" deyib getdi - VİDEO

Avtoreyd 16 Dekabr 2018 15:30 Oxunub 3111
Yol polisinin yanında qayda pozdu; "Ayıb olsun, sən öl" deyib getdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qayda pozur, polisin “saxla” əmrinə tabe olmur və digər sürücünü təhqir edir

Dekabrın 15-də Bakı-Sumqayıt yolunda (Ekologiya postunun qarşısında) yol hərəkəti qaydasını pozan taksi sürücüsünün görüntüləri Avtosfer.az-ın kamerasına düşüb. Sağ zolaqla hərəkət edən 99-DP-832 qeydiyyat nişanlı "Opel" markalı avtomobilin sürücüsü qəfil sol zolağa yerdəyişmə edərək digər sürücünün hərəkətinə mane olub. Bunu görən YPX inspektoru jezllə dayanma işarəsi vermək istəyən zaman sürücü əlini çölə çıxararaq üzr istəyib və adəti üzrə qəza dayanma işıq siqnalını yandıraraq səhv etdiyini bildirib. Bundan sonra görüntünü qeydə alan sürücü digər sürücünü anlayaraq yanından keçmək istəyərkən qayda pozan sürücü əl hərəkətləri ilə onu hədələyib və sonra şüşəni açaraq- "Adam polisin yanında elə edər?", "Ayıb olsun, sənə sən öl" deyərək yoluna davam edib. 
Bu görüntüdə sürücünün mədəniyyətsizliyi hərtərfli özünü biruzə verir. Sürücü yol hərəkəti qaydasını kobud şəkildə pozur, polisin “saxla” əmrinə tabe olmur və axırda sürücünü təhqir edir.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh