Bakıda qayda pozan avtobus sürücüsünü belə döydülər - VİDEO

Avtoreyd 20 Fevral 2015 11:27 Oxunub 7195
Bakıda qayda pozan avtobus sürücüsünü belə döydülər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Minik avtomobilinin sürücüsü qəzaya səbəb olan avtobus sürücüsünü əzişdirib

Bakıda baş vermiş yol qəzasından sonra maraqlı hadisə baş verib. Minik avtomobilinin sürücüsü qəzaya səbəb olan avtobus sürücüsünü döyüb. Avtosfer.az-ın məlumatına görə, «Mersedes» düzünə hərəkət edərkən qəflətən avtobus onun yoluna çıxıb sola dönməyə çalışır. Bu zaman «Mersedes»in sürücüsü qəzadan yayına bilmir və hər iki avtomobil burun-buruna gəlir. «Mersedes»in sürücüsü avtobus sürücüsünün hərəkətlərindən hiddətlənərək maşından düşüb ona hücum çəkir. Sürücü kabinəsinə girən qəzəbli sürücü avtobus sürücüsünü yumruqayıb əzişdirir.

Avtosfer.az DİN-in «Təhlükəsiz şəhər» kameraları ilə qeydə alınmış həmin videonu təqdim edir.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh