Avtosfer.az | Reklam
Hamı gözləyir, amma “AA”-lar "protiv" gedir - VİDEO
Avtoreyd 17 Dekabr 2018 15:06 1415 dəfə oxunub
Hamı gözləyir, amma “AA”-lar "protiv" gedir - VİDEO
Videogörüntünü göndərən oxucu bu barədə rəsmi şikayət edib

Bütün sürücülər öz yolunda gözləyir, amma AA seriyalı avtomobillərin sürücüləri əks yola çıxır. Avtosfer.az saytına göndərilən videogörüntülərdən görünür ki, dekabrın 17-də, saat 09:21 radələrində 90 AA 560 dövlət qeydiyyat nişanlı "Toyota" və 10 AA 132 dövlət qeydiyyat nişanlı "Nissan" markalı avtomobillərin sürücüləri Azadlıq prospektində hər kəsin sıxlıqda öz yolunda dayandığı bir vaxtda 1.3 nişanlanma xətinin tələblərini pozub hərəkət axınının tam əksinə hərəkət ediblər. Bu halda sürücüləri İnzibati Xətalara Məcəlləsinin 327.4-cü maddəsinə əsasən 100 manat 4 bal cərimə gözləyir. Videogörüntünü göndərən oxucumuz artıq bu barədə rəsmi şikayət etdiyini bildirir. 
Avtosfer.az görüntüləri təqdim edir.

Kənan

VIDEO
QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh