Yol polisi və müəllimlər orta məktəblərdə təbliğat işi aparır - FOTOLAR

Öyrənək 20 Dekabr 2018 15:02 Oxunub 2339
Yol polisi və müəllimlər orta məktəblərdə təbliğat işi aparır - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fəal uşaqlara yol hərəkəti ilə bağlı kitabçalar və işıq əksetdirici nişanlar paylanıb

Təhsil Nazirliyi və Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə məktəblərdə yol hərəkəti qaydaları ilə bağlı aparılan maarifləndirmə işləri davam edir. Dekabrın 19-da 94 nömrəli tam orta məktəbdə yol hərəkəti qaydalarını öyrətmək, uşaqlarla bağlı yol nəqliyyat hadisələrinin sayını azaltmaq məqsədilə Bakı şəhər DYP İdarəsi və  1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə fəaliyyət planına əsasən növbəti tədbir keçirilib.
Tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov, Sabunçu rayon DYP İdarəsinin rəis müavini polis kapitanı Elmar Əbilov, məktəbin direktoru Şəmsəddin Vəliyev, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları, müəllimlər, 180 şagird iştirak edib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov nümayiş olunan videosüjetləri uşaqlara izah edib. Süjetdəki hadisələr haqqında uşaqların fikirlərini dinləyib. Yol hərəkəti qaydaları ilə bağlı uşaqlara suallar verilib və uşaqların DYP əməkdaşına sualları cavablandırılıb. Fəal uşaqlara mövzu ilə bağlı kitabçalar, bukletlər, qaranlıqda işıq əksetdirici nişanlar paylanıb. 
Aparılan maarifləndirmə işləri 210 nömrəli məktəbdə də davam etdirıilib. Məktəbdə yol hərəkəti qaydalarını öyrətmək, uşaqlarla bağlı yol nəqliyyat hadisələrinin sayını azaltmaq məqsədilə Bakı şəhər DYP İdarəsi və  1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə fəaliyyət planına əsasən növbəti tədbir keçirilib.
Tədbir uşaqların çıxışları ilə başlayıb. Onlar yol qaydalarına aid şeir, mahnı və səhnəciklərdən ibarət kompozisiya təqdim ediblər. Nümayiş olunan videosüjetlərdəki hadisələrə uşaqların münasibəti öyrənilib. DYP əməkdaşına yol hərəkəti ilə bağlı suallar verilib. Fəal uşaqlara yol hərəkəti ilə bağlı kitabçalar, bukletlər, qaranlıqda işıq əksetdirici nişanlar paylandı. 

 

Fidan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh