Quba yolunda böyük tıxac yarandı - SƏBƏB NƏDİR? - VİDEO

Xəbərlər 21 Dekabr 2018 02:09 Oxunub 1687
Quba yolunda böyük tıxac yarandı - SƏBƏB NƏDİR? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yolun təmir olunan hissəsində uzun tıxaclar yaranıb

Yolun təmir olunan hissəsində uzun tıxaclar yaranıb. Bura Bakı-Quba-Rusiya yolunun Xızı rayonundan keçən hissəsidir. Yolun Sitalçay kəndi ərazisində təmir işləri sürücülərin işini çətinləşdirib. Bu ərazidə hərəkət xeyli məhdudlaşıb. Gecə saatlarında isə vəziyyət daha da çətinləşib. Sürücülər tərəfindən çəkilən bu görüntüdə tıxacın nə qədər uzun olduğu aydın görünür. Hətta xəstə daşıyan bir təcili yardım maşını da tıxacda qalıb.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə bildirir ki, həmin yolda təmir işlərinin aparılması və yol ötürücüsünün tikilməsi əslində o qədər də güclü tıxaca səbəb olmur. Gecə saatlarında baş verən tıxaca səbəb isə xurma dolu yük maşının həmin ərazidə aşması olub. Sürücülər iiddia edir ki, qəzaya səbəb məhz təmir işlərinin düzgün aparılmaması olub.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə bildirir ki, təmir gedən əraziyə yol hərəkətini tənzimləyən nişan və bildirişlər vurulub. Əgər sürücü həmin yolda sürət həddini düzgün seçməyərək qəza törədirsə buna agentlik heç bir məsuliyyət daşımır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh