Yol polisi UNEC-də tələbələrə maarifləndirici görüş keçirdi – FOTO

Öyrənək 25 Dekabr 2018 16:58 Oxunub 2255
Yol polisi UNEC-də tələbələrə maarifləndirici görüş keçirdi – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yollarda təhlükəsizlik mühiti izah edilib və müzakirələr aparılıb

Yol-nəqliyyat hadisələrinin qarşısının alınması, yollarda təhlükəsizlik mühitinin yaradılması məqsədilə Azərbaycan Dövlət İqtisad Universistetində (UNEC) maarifləndirici tədbir keçirilib. Maliyyə və mühasibat fakültəsinin təşkil etdiyi tədbirdə professor-müəllim heyəti və tələbələrlə yanaşı, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov və Avtosfer.az saytının təsisçisi Elməddin Muradlı iştirak edib.
Tədbirdə fakültə dekanı, dosent Gəray Musayev yol-nəqliyyat təhlükəsizliyinin təmin olunmasında profilaktiki tədbirlərin və maarifləndirmə işlərinin əhəmiyyətindən danışıb. Yol qəzalarında insanların xəsarət alması ilə mübarizə aparmaq üçün bu cür tədbirlərin keçirilməsinin önəmini vurğulayıb.
Polis polkovniki Vaqif Əsədov tələbələrə yol hərəkəti qaydaları ilə bağlı ətraflı məlumat verərək, onlara bu istiqamətdə daha məsuliyyətli olmağı tövsiyə edib. Elməddin Muradlı isə ictimai nəqliyyatdan istifadə edən tədbir iştirakçılarına vətəndaş öhdəlikləri və hüquqlarını bilməyə, onların həmin proseslərdə fəal olmağa səsləyib.
Tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb.

 

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh