Qadın sürücünün başını qatdi; qəza baş verdi

Avtoxəbər 17 May 2014 10:58 Oxunub 2623
Qadın sürücünün başını qatdi; qəza baş verdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərnişinlərin sözlərinə görə, sürücü yola deyil, tez-tez çevrilib xanımla söhbət edirmiş

Sərnişin avtobusu 5 avtomobili yararsız hala salıb. Sərnişinlərin dediyinə görə, 37 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus yüksək sürətlə gəlirmiş, elə bu zaman idarəetməni itirərək ətrafdakı 5 avtomobilə çırpılıb. ANS-in məlumatına görə, hadisə paytaxtın Səbail rayonu Neftçilər prospektində baş verib. Belə ki, sərnişin avtobusu yol kənarında parking yerində hərəkətsiz vəziyyətdə dayanan 2 "Toyoto", 2 "Mercedes" və 1 "Hyundai" markalı avtomobilə çırpılıb. Qəza zamanı avtobusda sərnişinlər olsa da, xəsarət alan olmayıb. Hadisə yerinə dərhal Bakı şəhər baş dövlət yol polisi idarəsinin əməkdaşları cəlb olunub.

YPX-nın müfəttişi Müşviq Əliyev deyir ki, sərnişin avtobusunun sürücüsü qəzanın səbəbini "Hyundai" markalı avtomobilin onun yoluna çıxmasında görür, ancaq avtomobil sürücüsü deyilənlərlə razılaşmır. Zərərçəkən digər avtomaşınların sürücüləri də günahı məhz avtobus sürücüsündə görür. Avtobusda olan sərnişinlər isə bildirir ki, sürücü arxada əyləşən xanımla söhbət edirmiş. O, yola deyil, tez-tez çevrilib arxaya baxırmış. Elə qəzaya səbəb də bu olub. hadisədə kimin haqlı, kimin haqsiz olduğu araşdırmalardan sonra üzə çıxacaq.

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh