Avtosfer.az | Reklam
İki "Mercedes" və bir "Hyundai" "protiv" getdi - 300 manat, 12 bal - VİDEO
Avtoreyd 27 Dekabr 2018 17:11 3695 dəfə oxunub
İki "Mercedes" və bir "Hyundai" "protiv" getdi - 300 manat, 12 bal - VİDEO
Qayda pozmaqla özlərini başqalarından üstün tuturlar

Paytaxta ardıcıl olaraq kobud qayda pozan 3 sürücü Avtosfer.az kameralarına düşüb. Dekabrın 27-də, saat 09:00 radələrində Azadlıq prospektində 10 RU 123 və 10 AG 550 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı, 10 SX 081 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobillərin sürücüləri hərəkətin nisbətən sıx vaxtı, hamının öz zolağında getdiyi zaman özlərini digərlərindən imtiyazlı və vacib sayaraq 1.3 xətlərinin tələblərini pozaraq tam olaraq əks yola çıxmaqla hərəkət ediblər. Avtomobillərin nömrə və modellərinə nəzər yetirəndə insanda belə fikir yaranır ki, bu sürücülər əmindirlər ki, DYP əməkdaşları onların bu qayda pozuntusunu görsə belə saxlayıb protokol tərtib etməyəcək.

Ümid edirik ki, DYP rəsmiləri bu video əsasında hər 3 sürücüyə protokol tərtib edib bunun belə olmadığını göstərəcəklər. Nəzərinizə çatdıraq ki, bu qayda pozuntusuna görə hər bir sürücüyə İnzibati Xətalar Məcəlləsinin 327.4 maddəsinə əsasən 100 manat 4 cərimə balı tətbiq olunmalıdır. 
Avtosfer.az görüntülər təqdim edir.

 

Kənan

VIDEO
QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh