Kobud qayda pozan “Galik”-100, “Lexus”-010 və “Volkswagen”-822 - VİDEO

Avtoreyd 29 Dekabr 2018 00:50 Oxunub 6214
Kobud qayda pozan “Galik”-100, “Lexus”-010 və “Volkswagen”-822 - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maşının modelinə və nömrəsinə güvənərək qayda pozanların sayı çoxalır

Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan 3 sürücü Avtosfer.az-ın kamerasına düşüb. Bu qayda pozuntuları bir neçə dəqiqə ərzində qeydə alınıb. Birinci qayda pozuntusunu “Lexus” markalı, 90 DJ 010 dövlət nömrə nişanlı avtomobilin sürücüsü İnşaatçılar prospektində, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qarşısında törədib. Sürücü piyada keçidini keçən piyadalara yol verməyərək təhlükəli vəziyyət yaradıb. Digər qayda pozuntusunu isə “Hyatt Recensy” otelinin yaxınlığında “Mercedes Galendvagen” markalı, 10 VM 100 dövlət nömrə nişanlı avtomobilin sürücüsü törədib. O, yaxınlaşan nəqliyyat vasitəsini görsə də, qəsdən yola çıxıb və qayda pozub. Çox güman ki, sürdüyü maşının modelinə və nömrəsinə güvənərək hamının ona yol verməli olduğunu düşünüb.
Sonuncu qayda pozuntusu Mətbuat prospektində baş verib. “Volkswagen” markalı 90 HZ 822 dövlət nömrə nişanlı avtomobilin sürücü nümayişkaranə şəkildə svetoforun qırmızı işığından keçib.
Avtosfer.az həmin görüntüləri təqdim edir:

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh