“Medistyle Hospital”ın maşını 160 manat 7 ballıq qayda pozdu – VİDEO

Avtoreyd 30 Dekabr 2018 08:31 Oxunub 3499
“Medistyle Hospital”ın maşını 160 manat 7 ballıq qayda pozdu – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Özəl klinikalara məxsus təcili yardım maşınlarının sürücüləri qayda-qanun tanımır

Bakıda özəl klinikalara məxsus təcili yardım maşınlarının sürücüləri kobud qayda pozuntularına yol verirlər. Onlardan biri də dekabrın 29-da, saat 13.33-də Həsən Əliyev küçəsi ilə Azadlıq prospektinin kəsişməsində Avtosfer.az-ın kamerasına düşüb. “Medistyle Hospital”a məxsus 90 JO 911 dövlət nömrə nişanlı təcili yardım maşınının sürücüsü əvvəlcə Həsən Əliyev küçəsində əks istiqamətə çıxaraq hərəkət edib. Daha sonra isə svetoforun qırmızı işığında hərəkəti davam etdirərək sola – Azadlıq prospektinə dönüb. Bütün bu qayda pozuntularını törədərkən təcili yardım avtomobilinin sayrışan işıqları qoşulu olmayıb və səs sıqnalından istifadə edilməyib.
Qeyd edək ki, hər iki qayda pozuntusuna görə “Medistyle Hospital”ın sürücüsünü 7 bal və 160 manat cərimə gözləyir.

Fuad

ŞƏRH YAZ
Ad

E-mail

Şərh