110-luq yolda sol zolaqla gedir; heç kimə yol vermir - 90 ZV 002 - VİDEO

Avtoreyd 2 Yanvar 2019 15:11 Oxunub 3962
110-luq yolda sol zolaqla gedir; heç kimə yol vermir - 90 ZV 002 - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elə bil bu yol bunun üçün tikilib

Sürücülərdən biri Avtsofer.az saytına insanların əsəblərinə toxunacaq videogörüntü göndərib. Yanvarın 1-də saat 19:00 radələrində Quba-Bakı magistralında 90 ZV 002 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü qəza işıqlarını yandıraraq 110 km/saat sürət həddi olan yolun ən sol zolağında saatda 60-la hərəkət edir. Videogörüntünü göndərən sürücü nə qədər yol istəsə də, qarşıdakı sürücü yol verməyib. Elə bil ki, bu yol onun şəxsi büdcəsi hesabına tikilib və şəxsən ona məxsusdur. Arxada gələn sürücülər Bakıya qədər ya gərək bu sürücünün arxası ilə 60 km/saat sürətlə hərəkət edə, ya da ötmə qaydasını pozub sağdan keçə.

Nəzərinizə çatdıraq ki, sürücüyə zolaqlar üzrə düzgün yerləşmə etmədiyinə görə İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsi ilə 40 manat protokol yazılmalıdır.

Ümid edirik ki,DYP rəsmiləri tezliklə sürücünün müəyyən edilib protokol yazılmasını təmin edərlər.

 

Kənan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh