Bu da Bakı-Sumqayıt yolunun “avtoş” sürücüsü - 99-NU-752 -VİDEO
Avtoreyd 2 Yanvar 2019 15:20 1302 dəfə oxunub
Bu da Bakı-Sumqayıt yolunun “avtoş” sürücüsü - 99-NU-752 -VİDEO
Sürücü hərəkət sürətini aşaraq digər avtomobillərin arasından keçir

Bakı-Sumqayıt yolunda avtoxuliqanlıq edən sürücünün görüntüləri Avtosfer.az-ın kamerasına düşüb. Dekabrın 30-da təxminən saat 10:38 radələrində Bakı-Sumqayıt yolunun üzü Sumqayıt istiqamətində (Ekologiya postunun yaxınlığında) sol zolaqla hərəkət edən 99-NU-752 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü hərəkət sürətini aşaraq avtomobillərin arasından keçib. Bu zaman o, konkret olaraq bütün sürücülərə təhlükə yaratmaqla ictimai qaydanı pozub və avtoxuliqanlıq edib.
Sürücü həmin vaxt “Yol hərəkəti haqqında” qanunun 37-ci, 42-ci, 49-cu, 50-ci və 51-ci maddələrinin tələblərini pozub. Yol nəqliyyat hadisələrinin böyük əksəriyyəti bu maddələrin tələblərinin pozulması ilə baş verir.
Qeyd etdiyimiz sürücü həmin vaxt cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər edib.
Ümid edirik ki, DYP İdarəsi həmin sürücü barəsində ciddi tədbir görəcək.

 

Təbriz

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh