Sürücü özünü yol polisinin ayaqları altına yıxdı – VİDEO

Avtoxəbər 17 May 2014 23:17 Oxunub 5166
Sürücü özünü yol polisinin ayaqları altına yıxdı – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sumqayıtda qanunsuz sərnişindaşıma ilə məşğul olanlar cərimələnib

Sumqayıt şəhərində qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib. Nəqliyyat Nazirliyinin, Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin və Post-Patrul Xidmətinin birgə təşkil etdiyi reyd bir neçə saat davam edib. Nəticədə 10-dan artıq sürücü qanunsuz sərnişindaşıma ilə məşğul olduğu üçün saxlanılaraq məsuliyyətə cəlb olunub. Polisin cəriməsindən yaxa qurtarmağa çalışan bəzi sürücülər isə müxtəlif yollara əl atıb. Onlardan biri yerə yıxılmaqla özünü hüşunu itirmiş kimi göstərməyə çalışsa da, faydası olmayıb.

Avtosfer.az saytı Dünya TV-nin videomaterialını təqdim edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh