61 illik retro avtomobil - VİDEO

Avtodünya 7 Yanvar 2019 22:55 Oxunub 1595
61 illik retro avtomobil - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobili almaq üçün 15-16 min AZN təklif edənlər olub

Görənlərin diqqətini çəkən bu qeyri-adi retro maşın Zaqatala sakini Azər İmamova məxsusdur. Avtosfer.az ARB TV-yə istinadən xəbər verir ki, Azərin retro maşınlara olan marağı və əzmi nəticəsində bu maşın saz vəziyyətə gətirilib.

Babasından yadigar qalan dəmir parçasından ibarət bu maşın tam üç ilə yığılıb. Avtomobil ancaq əllə idarə olunur.

Maşını idarə etmək üçün bütün detallar sükanın ətrafında quraşdırılıb. Maşını görən hər kəs maraqla baxır və foto çəkdirir.

Sahibinin dediyinə görə, avtomobili almaq üçün 15-16 min AZN təklif edənlər olub. Ancaq o, satmaq istəməyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh