Ya yuxuludur, ya qaydaları bilmir, ya da dirəşib - VİDEO
Avtoreyd 9 Yanvar 2019 09:11 2108 dəfə oxunub
Ya yuxuludur, ya qaydaları bilmir, ya da dirəşib - VİDEO
Hər şeyin aydın olduğu yolda da qayda pozan sürücülər var

Bakı şəhərinin əksər küçələrində zolaqlar üzrə hərəkət nişanları yuxarıdan tablo kimi asılmadığından ilk dəfə həmin küçələrdən istifadə edən sürücülər bəzən həmin nişanların tələbini pozur. Çünki bəzən hərəkətin sıx vaxtı zolağı dəyişmək asan olmur. Ancaq sosial şəbəkələrdə paylaşılan videodakı 10 TM 937 dövlət qeydiyyat nişanlı “Lada” markalı avtomobilin qayda pozan sürücüsünü heç cür başa düşmək olmur. Dekabrın 7-də, saat 08:51 radələrində yeni istifadəyə verilmiş Babək prospektində hərəkət edən sürücü ən sol zolaqla gedir. Asfaltda o zolağın yalnız geri dönənlər üçün nəzərdə tutulduğu nişan var və həmin nişanların əksi yuxarıda tablodan da asılıb. Amma sürücü elə bil inad edir ki, bu zolaqdan düzünə hərəkət edəcək. Amma sonda gedib geri dönmək üçün nəzərdə tutulan hissəyə dirənir və məcbur 1.1 xəttini kəsib sağ zolağa keçir. Bu halda sürücünü İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsinə əsasən 40 manat cərimə gözləyir. Sürücülərin nəzərinə bir daha çatdırmaq istəyirik ki, hərəkət zamanı nişanlara mütləq diqqət etsinlər. Bəlkə elə qarşınızda yol çöküb və yolun təmirə bağlandığı ilə bağlı nişan var. Deməli, diqqət etməsəniz gedib avtomobil qarışıq həmin çökən hissəyə düşəcəksiniz?
Avtosfer.az görüntüləri təqdim edir.

 

Kənan

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh