BNA ictimai nəqliyyatda davranış qaydalarını təbliğ edir - FOTO

Öyrənək 9 Yanvar 2019 15:20 Oxunub 3655
BNA ictimai nəqliyyatda davranış qaydalarını təbliğ edir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
279 saylı orta məktəbdə maarifləndirmə tədbiri keçirilib

Bakı şəhəri Suraxanı rayonu 279 saylı orta məktəbdə yol hərəkəti və ictimai nəqliyyatda davranış qaydaları ilə bağlı maarifləndirmə tədbiri keçirilib. Avtosfer.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin təşkilatçılığı ilə təşkil edilən tədbirdə Sürücü Təlim Mərkəzinin təlimçisi şagirdlərə yol hərəkəti və ictimai nəqliyyatda etik davranış qaydalarına əməl edilməsi ilə bağlı faydalı məlumatlar verib. Bu qaydalara əməl edilməsinin həm şəxsi təhlükəsizlikləri, həm də bir şəxsiyyət olaraq formalaşmaları baxımından əhəmiyyətli olması şagirdlərin diqqətinə çatdırılıb. Şagirdlərin marağını artırmaq üçün təlimlər interaktiv keçirilib, viktorinalar təşkil edilib. Eyni zamanda, məktəblilərə Bakı Nəqliyyat Agentliyinin azyaşlılar üşün hazırladığı “İctimai nəqliyyatda davranış qaydaları” adlı şəkilli izahat kitabçaları təqdim olunub. Xüsusi aktivliyi ilə seçilən şagirdlər isə hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, paytaxtın orta məktəblərində aşağı sinif şagirdlərinin xüsusi təlimlərə cəlb edilməsi prosesi davam etdiriləcək.

 

Fidan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh