Sürücüyə 1450 manat ziyan dəyib, "Standart Sığorta" 350-ni kəsir - FOTO

Xəbərlər 10 Yanvar 2019 09:42 Oxunub 2220
Sürücüyə 1450 manat ziyan dəyib, "Standart Sığorta" 350-ni kəsir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Artıq 1 aydır ki, dəymiş maddi ziyanı “Standart Sığorta”dan ala bilmirik”

Sürücü Almaz Şabanov Avtosfer.az saytına müraciət edərək sığorta şirkətinin süründürməçiliyindən və qanunsuz hərəkətlərindən narazılığını bildirib. Onun sözlərinə görə, dekabrın 10-da, saat 17:00-18:00 aralığında etibarnamə ilə idarə etdiyi “Ford Transit” markalı, 10-ZR-796 dövlət nömrə nişanlı avtobilimilə qəzaya düşüb: “Cəlilabad şəhəri, H.Əliyev prospektindən Qurtuluş prospektinə doğru gedərkən qarşıdan gələn “VAZ-2106” markalı, 15-BX-102 dövlət nömrə nişanlı avtomobilin sürücüsü ötmə əməliyyatı apararkən düzgün manevr etməyərək mənim yoluma çıxaraq idarə etdiyim avtomobilin sol hissəsini vurub. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə maddi ziyan dəyib. Avtoservisin nümayəndəsi Pərviz Rzayev tərəfindən dəymiş maddi ziyan hesablanıb və 1451 manat çıxarış verilib. Qəzanı törədən avtomobil “Standart Sığorta” şirkətində sığorta olunduğundan bizi həmin sığorta şirkətinə yönləndirsələr də, təəssüf ki, sığorta nümayəndəsi (qiymətləndirən) dəymiş ziyanı az məbləğdə - 800 manat ödəməyi təklif edib. Daha sonra 1000 və 1050 manat ödəniləcəyini bildirən şirkət nümayəndəliyinə dəymiş ziyanın 1451 manat olduğunu xatırlatmağımıza baxmayaraq şirkət bildirib ki, 1100 AZN-dən artıq ödəmə olunmayacaq, get kimə şikayət edirsən et. Artıq 1 aydır ki, dəymiş maddi ziyanı “Standart Sığorta”dan ala bilmirik.
 

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh