Vətəndaşdan güclü təsiredici maddə aşkarlanıb
Gündəm 11 Yanvar 2019 12:45 164 dəfə oxunub
Vətəndaşdan güclü təsiredici maddə aşkarlanıb
Faktla bağlı araşdırma aparılır

Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba" gömrük postunun piyada keçid xəttinə daxil olan Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, yoxlama zamanı vətəndaşın gödəkçəsinin iç sağ cibindən, gömrük orqanına bəyan edilməyən cib dəsmalına bükülmüş şəkildə, üzərində "PGN 300" yazısı olan 11 kapsul "Lyrica (preqabalin)" dərman pereparatı aşkar olunub. Xatırladaq ki, "Lyrica (preqabalin)" adlı dərman preparatları Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

 

Namiq

ŞƏRH YAZ
Ad
E-mail
Şərh