Prokuror Bakıda oğurluqda təqsirləndirilən şəxslərə cəza istəyib
Gündəm 11 Yanvar 2019 13:22 320 dəfə oxunub
Prokuror Bakıda oğurluqda təqsirləndirilən şəxslərə cəza istəyib
Məhkəmənin növbəti iclası yanvarın 18-nə təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Nurlan Ağayev, Sərhat Əmirov, Mirasəf Kərimli, Novruz Salayev və Mədət Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. Prokuror N.Salayevin 11 il, S.Əmirovun 5 il, N.Ağayevin 5 il, M.Kərimlinin 4 il, M.Hüseynovun isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası yanvarın 18-nə təyin edilib.

Qeyd edək ki, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Novruz Salayevi saxlayıb.

Müəyyən edilib ki, N.Salayev ətrafına topladığı şəxslərlə birlikdə Suraxanı rayonu ərazisində silsilə mənzil oğurluqları törədib. Əməliyyat tədbirləri nəticəsində qeyd edilən qrupun digər üzvləri - Bakı şəhər sakinləri N.Ağayev, S.Əmirov, M.Hüdeynov və M.Kərimli saxlanılıblar.

Dəstə üzvlərinin cinayət yolu ilə ələ keçirdikləri məişət avadanlıqları və digər qiymətli əşyalar N.Salayevin avtomobili ilə onun yaşadığı evə aparılıb. Oğurluq əşyaların bir qismi elə həmin evdən aşkar olunaraq maddi sübüt kimi götürülüb.

Qeyd edək ki, polis N.Salayevin yaşadığı evə baxış keçirərkən ordan ümumilikdə 4,5 kq-dan çox qurudulmuş marixuana, 3 qrama yaxın heroin, çətənə toxumu və "Maqnum" markalı tapança aşkar olunaraq götürülüb.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh