Yenilənmiş BMW 7-Series - FOTO

Avtodünya 12 Yanvar 2019 13:48 Oxunub 1711
Yenilənmiş BMW 7-Series - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sıralı altı silindrli mühərrik 340, 374 (450 Nm) və 388 (500 Nm) at qüvvəsinə malik olacaq

enilənmiş BMW 7-Series modelinin xarici görkəmi üzərindəki sir pərdəsi tamamilə götürülüb. M760Li, 750Li M Sport və 750 Li modellərinin təsvirləri istehsalçının konfiquratorundan götürlübdür. Yenilənmiş bayraqdar sedan iri radiator barmaqlığı, ön fənərlərin, kapotun, işıqlanan zolaqla birləşmiş arxa fənərlərin, bamperin və buraxılış sisteminin çıxış borularının forması, həmçinin “hokkey çubuğu” adını almış xüsusi dekorativ elementi ilə seçilir.

BMWBlog nəşrinin bildirdiyinə görə, yenilənmiş bayraqdar sedanın mühərrik çeşidində də dəyişikliklər olacaqdır. Sıralı altı silindrli mühərrik 340, 374 (450 Nm) və 388 (500 Nm) at qüvvəsinə malik olacaq. 3,0-litrlik mühərrikin əsasında yaradılmış hibrid  aqreqat 394 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edəcək.

BMW 750i modeli 530 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edən 4,4-litrlik biturbo V8 mühərriki ilə təchiz ediləcəkdir. BMW M760i xDrive versiyası sərt hissəciklər filtri ilə təchiz edilərək yenidən satışa çıxarılacaqdır.  V12 biturbo mühərrikinin hasilatı 600 at qüvvəsi olacaq. (Autograph)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh