Bakı-Qazax magistralında yük maşını belə aşdı - FOTO

Xəbərlər 13 Yanvar 2019 12:33 Oxunub 1405
Bakı-Qazax magistralında yük maşını belə aşdı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur

Hacıqabul rayonu ərazisində "KAMAZ" aşıb. Avtosfer.az-ın oxu.az-a istinadən məlumatına görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax avtomagistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində baş verib. Belə ki, Hacıqabul rayonu ərazisindən keçən magistral yolda daş daşıyan 21 BC 781  dövlət qeydiyyat nömrəli  "Kamaz" markalı yük maşını aşıb. Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur. Sözügedən istiqamətdə qəza səbəbindən yol tamamilə bağlanıb. Yolda tıxac yaranıb və nəqliyyatın hərəkəti məhdudlaşıb. Hadisə yerindən fotolar sosial şəbəkədə təhsil eksperti Kamran Əsədov tərəfindən paylaşılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh