Salyanda üç maşın toqquşub, 2 nəfər xəsarət alıb - FOTO-VİDEO

Qaydalar 13 Yanvar 2019 23:16 Oxunub 2136
Salyanda üç maşın toqquşub, 2 nəfər xəsarət alıb - FOTO-VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Mercedes” markalı avtomobil əvvəlcə “Opel”lə toqquşub, ardınca “Jiquli”yə çırpılıb

Salyan rayonunda zəncirvari qəza nəticəsində 2 nəfər xəsarət alıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Kürsəngi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı avtomobilin əvvəlcə “Opel” ilə toqquşması, ardınca isə “Jiquli”yə çırpılması nəticəsində Salyan rayon sakini, 1999-cu il təvəllüdlü Hacıyev Qismət Şahin oğlu və Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Quliyev Həmzə Sərraf oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh