Bu ərazidə işıqfor təhlükə mənbəyinə çevrilib - FOTO

Xəbərlər 17 Yanvar 2019 11:11 Oxunub 1648
Bu ərazidə işıqfor təhlükə mənbəyinə çevrilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun konstruksiyasında yerdən təxminən yarım metr hündürlükdə sınıq yaranıb

Bakıda güclü küləyin əsməsi nəticəsində Nəsimi rayonunda, A.A.Bakıxanov və C.Hacıbəyli küçələrinin kəsişməsindəki işıqfor dirəyi potensial təhlükə mənbəyinə çevrilib. Belə ki, gecədən başlayaraq əsən güclü külək işıqforun dirəyini əyib, onun konstruksiyasında yerdən təxminən yarım metr hündürlükdə sınıq yaranıb.

Avtosfer.az xəbər verir ki, yerli sakinlərin milli.az-a verdiyi məlumata görə, həmin dirəyin üstündə çoxsaylı işıqforlar və nəzarət-müşahidə kameraları var və o, nəqliyyatın hərəkətinin intensiv olduğu yolun kənarında və ən əsası, düz yerüstü piyada zolağının üzərində yerləşir. "Bakıda ifrat təhlükəli hava şəraitinin hələ 2 gün davam edəcəyini nəzərə alsaq, bu dirəyin yerindən qoparaq nəqliyyat vasitələrinin və piyadaların üzərinə düşmə ehtimalı çox böyükdür. Ona görə də bununla bağlı müvafiq dövlət qurumlarından təcili şəkildə tədbir görülməsini, insanların təhlükəsizliyinin təmin olunmasını xahiş edirik!"

ŞƏRH YAZ
Ad

E-mail

Şərh