"Hyundai" Ioniq hibridini yeniləyib - FOTO

Avtodünya 22 Yanvar 2019 11:31 Oxunub 1708
"Hyundai" Ioniq hibridini yeniləyib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobilin rəng palitrasına üç yeni boya variantı əlavə edilib

Hyundai şirkəti yenilənmiş Ioniq hibridini təqdim edib. Üç il ərzində model 60 min nüsxəlik tirajla satılıb. Yenilənmiş avtomobili sələfindən yeni bamperləri, başqa formalı radiator barmaqlığı və təkmilləşdirilmiş işıq texnikası ilə seçilir. Bundan başqa, avtomobilin rəng palitrasına üç yeni boya variantı əlavə edilib.

 

Salonda isə mərkəzi konsolun  dizaynı dəyişdirilib: burada qara parlaq tərtibatı, 10,25-düymlük ekranı olan yeni multimedia sistemini, sensorlu düymələri olan idarəetmə blokunu görmək olar. Avtomobilin finksiyalarını smartfondakı tətbiqin köməkliyi ilə idarə etmək də mümkündür.

Seqmentdə ilk dəfə olaraq, xüsusi ekoloji zonalara daxil olan zaman model sərbəst şəkildə elektrik ötrüməsinə keçəcəkdir. Rekuperativ əyləcləmə sükanaltı dəstəklər vasitəsi ilə idarə olunduğu üçün, Hyundai Ioniq modelini əyləc pedalına toxunmadan sürmək olar.  

 

Hibrid avtomobilin bütün modifikasiyaları hərəkət zolağına nəzarət və öndən qəzaları xəbərdar edən sistemləri ilə təchiz edilir. Avtomobil əlavə Eco+ rejiminə sahib olubdur ki, bu rejimdə elektronika fövqəladə hallar üçün enerji ehtiyatını qoruyub-saxlayır. Məsələn, qəfil sürətlənmə üçün.

Hibrid üçün təklif edilən güc qurğuları dəyişilməz qalıblar. Adi hibrid 105 at qüvvəli 1,6-litrlik atmosfer mühərriki, 6-pilləli iki muftalı «robot», 43,5 at qüvvəli elektromotor və 1,56 kilovat-saatlıq litium-polimer batareyası ilə təklif edilir. Məişət elektrik şəbəkəsinə qoşulan modifikasiya 1,6-litrlik mühərrik, 61 at qüvvəli elektromotor və 8,9 kilovat-saatlıq batareya ilə təchiz edilir. belə avtomobil sırf elektrik ötürməsi ilə 50 kilometr qət edə bilər.

Loniq modelinin elektrik versiyasını da restaylinq gözləyir. Bütün yenilənmiş modellər mart ayında keçiriləcək Cenevrə avtosalonunda təqdim ediləcəkdirlər. (Autograph)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh