"Fiat rulu"-na görə cərimə yazıla bilərmi? - Qanunsuz deyil

Öyrənək 6 May 2021 11:15 Oxunub 32615
"Fiat rulu"-na görə cərimə yazıla bilərmi? - Qanunsuz deyil
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sükan çənbərinin dairəvi formada olması onun istismara yararlı olmasına kifayət edir

Bəzi "Vaz" markalı avtomobillərin sürücüləri sükan çənbərini dəyişərək "Fiat" markalı maşına aid sükan çənbərini quraşdırırlar. Bunu aşkar edən yol polisləri bir çox hallarda sürücünü cərimələyir. Bu dəyişikliyə görə sürücünün cərimələnməsi isə düzgündürmü? 


Avtosfer.az xəbər verir ki, Yol Hərəkəti Haqqında qanunun 1 saylı əlavəsinin II hissəsində, sükan idarə mexanizmindəki nasazlıqdan və həmin mexanizmdə konstruksiyada nəzərdə tutulmayan dəyişikliyin qadağan olunmasından söhbət gedib. Sükan çənbəri özlüyündə sükan idarə mexanizminə aid detal deyil. Onun funksiyası sadəcə təkərləri sağa və sola çevirməkdən ibarətdir. Sükan idarə mexnizmi dedikdə sükan çənbərinin bərkidildiyi hissədən təkərlərə kimi olan hissə nəzərdə tutulur.

Sükan çənbərini çıxarıb başqa bir çənbər qoyanda da avtomobilin təkərlərini əvvəlki qaydada çevirir. Yəni onun dəyişməsi sükan idarə mexanizminə heç bir təsir göstərmir. Bu səbəbdən də "Fiat" adlanan sükan çənbərinin digər "Vaz" markalı avtomobilə quraşdırılması nə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması, nə də ki, sükan idarə mexanizminin dəyişdirilməsi kimi qiymətləndirilə bilməz. Sükan çənbərinin dairəvi formada olması onun istismara yararlı olmasına kifayət edir.

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh