Vətəndaş şikayət etdi - Qayda pozan sürücüyə cərimə yazıldı - VİDEO

Xəbərlər 23 Yanvar 2019 11:53 Oxunub 1748
Vətəndaş şikayət etdi - Qayda pozan sürücüyə cərimə yazıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Daha bir qayda pozan sürücüyə vətəndaş şikayəti əsasında protokol tərtib olunub

Ötən il dekabrən 25-də saat 12:12 radələrində 90 RD 244 dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq tam olaraq əks istiqamətə çıxıb hərəkət axınının əksinə hərəkət etməsi barədə Avtosfer.az xəbər vermişdi. Bu hal vətəndaşın videoregistratoru vasitəsi ilə qeydə alınıb və o bu barədə DYP rəhbərliyinə rəsmi qaydada şikayət ünvanlanıb. Aidiyyatı üzrə iş Yasamal rayon DYP Şöbəsinə yönləndirilib və onlar da sürücüyə görüntü əsasında protokol tərtib edib görülmüş tədbir, yazılmış protokol barədə şikayətçiyə cavab göndəriblər. 
Avtosfer.az olaraq bütün sürücüləri yollarda nizam-intizamsızlı olmağa dəvət edirik. Yalnız DYP-nin xidməti avtomobillərini görəndə yox, hər zaman qaydalara əməl edin. Çünki əks halda özünüzün və digərlərinin həyatına təhlükə yarada bilərsiniz. Ən yaxşı halda isə bir neçə saniyə irəli düşmək üçün 100 manat ödəməyə dəyməz axı. 
Avtosfer.az bir daha görüntüləri və cavab məktubu sizə təqdim edir.

 

Kənan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Cava 23 Yanvar 2019 15:42
Video görüntüyə fikir versəz taksiların Yarısı əks ıstiqamət üzrə dayanıb. Nese onlara neye qörə cərimə yazılmır
Cava 23 Yanvar 2019 15:40
Video görüntüyə fikir versəz taksiların Yarısı əks ıstiqamət üzrə dayanıb. Nese onlara neye qörə cərimə yazılmır