Qaxda yola at çıxdı, qəza baş verdi, xəsarət alan var

Qaydalar 30 Yanvar 2019 02:11 Oxunub 2110
Qaxda yola at çıxdı, qəza baş verdi, xəsarət alan var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü avtomobillə hərəkətdə olarkən qəfildən yola at çıxıb

Qax rayonunda yol qəzası baş verib. “Report”un  məlumatına görə, hadisə axşam saatlarında rayon mərkəzində baş verib. Belə ki, Qax şəhər sakini, 1999-cu il təvəllüdlü Xəzər Füzuli oğlu Əliyev idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən qəfildən yola at çıxıb. Nəticədə X.Əliyev idarəetməni itirərək avtomobili yolun kənarındakı ağaca vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan X.Əliyev Qax Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh