Piyada vurulmasının qarşısını necə almaq olar? - Ekspert cavab verir - VİDEO

Öyrənək 30 Yanvar 2019 13:49 Oxunub 1916
Piyada vurulmasının qarşısını necə almaq olar? - Ekspert cavab verir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hərəkəti elə təşkil etmək lazımdır ki, piyada və sürücünün səhv etməyinə yer qalmasın

Bizim yollarda da piyada vurulması halları kifayət qədər ciddi problemdir. Bunun səbəbləri və vəziyyətin yaxşılaşdırılması istiqamətində görülməli olan işlər barədə biz də çox danışmışıq və danışırıq.

Avtosfer.az xəbər verir ki, bunu yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib. O, bildirib ki, əsas 2 prinsip var:

1. Hərəkət iştirakçılarının təhlükəsizliklə bağlı bilgiləndirilməsi yolu ilə onların səhv etdiyi halları minimuma endirmək və zəruri intizama nail olmaq;

2. Yol infrastrukturunu elə yaratmaq və hərəkəti elə təşkil etmək lazımdır ki, piyada və sürücünün səhv etməyinə yer qalmasın...”

Ə. Hüseynov bildirib ki, təəssüf ki, bizdə çox vaxt belə fikir səslənir ki, piyada üçün cərimə artırılsın. Buna ehtiyac yoxdur, çünki bu, ən sonda ola biləcək tədbirdir...”

Daha sonra ekspert Rusiyada çəkilmiş bir video paylaşıb.

Videonu təqdim edirik:

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh