Kim kimə yol verməlidir? – SUALIN DOĞRU CAVABI

Yarışma 2 Mart 2015 16:25 Oxunub 2237
Kim kimə yol verməlidir? – SUALIN DOĞRU CAVABI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az saytı ötən həftənin sulaının doğru cavabını və qalibin adını təqdim edir. Sual svetoforun siqnallarına riayət edilməsi ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan, «Repsol» avtomobil yağlarının sponsorluğu ilə təqdim olunan sual belə idi:

Şəkildəki hərəkət iştirakçıları bu nizamlanan yolayrıcını hansı ardıcıllıqla keçə bilərlər? 

A) Belə svetofor velosipedçilərin hərəkətini tənzimləmədiyindən velosipedçi hər bir halda avtomobilə yol verməklə hərəkət edə bilər;

B) İlk olaraq düzünə hərəkət edən velosipedçi, daha sonra sola dönən minik avtomobili keçməlidir;

C) İlk olaraq sola dönən minik avtomobili, daha sonra düzünə hərəkət edən velosipedçi keçməlidir;

Ç) Qaydalar belə vəziyyəti tənzimləmədiyindən velosipedçi və sürücü öz aralarındakı razılığa uyğun hərəkət etməlidirlər.

Sualın ilk doğru cavabını Murad Azizov adlı oxucumuz verib. Onu təbrik edirik. «Repsol»dan 20 manatlıq hədiyyəni əldə etmək üçün 055 335 15 59-a zəng etmək xahiş olunur.

Sualın doğru cavabı isə daha dəqiq şəkildə bu cür olmalıdır: Şəkildə svetoforla tənzimlənən yolayrıcı verilib. “Yol hərəkəti haqqında” Qanunun 76-cı maddəsinin 1-ci hissəsinə əsasən, nizamlanan yolayrıcında svetoforun yaşıl işığında sola və geriyə dönən relssiz nəqliyyat vasitəsinin sürücüsü qarşıdan düzünə və sağa gedən nəqliyyat vasitəsinə yol verməlidir. Bu normada ümumiyyətlə nəqliyyat vasitələrindən danışılır. Ona görə də həmin qayda velosipedə də aiddir, çünki velosiped də nəqliyyat vasitəsidir. Deməli, bu halda sola dönən avtomobilin sürücüsü qarşıdan düzünə gedən velosipedçiyə yol verməlidir. Beləliklə, sualın doğru cavabı “B” variantı olacaq:  Bu yolayrıcını ilk olaraq düzünə hərəkət edən velosipedçi, daha sonra sola dönən minik avtomobili keçməlidir.

QEYD: Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır.

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Həqiqət 10 Noyabr 2014 22:55
C İlk olaraq sola dönən minik avtomobili, daha sonra düzünə hərəkət edən velosipedçi keçməlidir