Abşeronda ev və avtomobillərdən oğurluq edən şəxs tutulub - FOTO

Qaydalar 3 Fevral 2019 00:57 Oxunub 3192
Abşeronda ev və avtomobillərdən oğurluq edən şəxs tutulub - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Razi Kərimov isti izlərlə saxlanılıb

Abşeronda ev və avtomobillərdən oğurluq edən şəxs tutulub. "Report"un məlumatına görə, hadisə Xırdalan şəhərində baş verib. Abşeron rayon Polis İdarəsinə Xırdalan şəhəri "Quşçuluq" yaşayış massivində evdən və avtomobillərdən oğurluq edilməsi barədə məlumat daxil olub. Dərhal yaradılan əməliyyat-istintaq qrupu hadisə yerinə baxış keçirib və hadisəni törədən Razi Kərimov isti izlərlə saxlanılıb.

O, ilkin ifadəsində törətdiyi cinayəti etiraf edib. R.Kərimov bildirib ki, əvvəlcə yaşadığı əraziyə yaxın yerdə yenicə tikilmiş evdən külli miqdarda elektrik kabellərini oğurlayıb. Bundan sonra elə yaşayış massivindəki iki avtomobilin akkumulyatorunu da oğurlayıb. Saxlanılan şəxs cinayəti törədərkən sərxoş vəziyyətdə olduğunu və əməlindən peşmanlıq çəkdiyini bildirib. 

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh