Yol polisi yolda qalan millət vəkilinə kömək etdi - FOTO
Yol polisi 4 Fevral 2019 20:22 3723 dəfə oxunub
Yol polisi yolda qalan millət vəkilinə kömək etdi - FOTO
2 saat ərzində bizə kömək etdi

Milli Məclisin deputatı Şahin İsmayılov “Facebook” profilində yol polisi ilə bağlı məlumat və foto paylaşıb. Millət vəkili bildirib ki, seçicilərlə görüşdən qayıdarkən avtomobilində texniki nasazlıq yaranıb. Bu zaman yoldan keçən YPX əməkdaşı ona köməklik edib. Avtosfer.az deputatın hadisə ilə bağlı yazdıqlarını təqdim edir:

“Bu gün Beyləqanda seçicilərlə növbəti görüş keçirdik. Bakıya qayıdarkən yolda avtomobilimizdə nasazlıq yarandı. Yol Patrul Xidməti Alayının 12-ci tağımının polis baş serjantı Elmdar Əliyev təqribən 2 saat ərzində bizə kömək etdi. Biz artıq yoldayıq, evə qayıdırıq. Elmdar Əliyevə göstərdiyi köməyə görə təşəkkür edirəm. Bizim polisimiz bizi qoruyur.”

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh